“Beşiktaş”da əsas hədəf Juninyodur

Uğursuz mövsümlə yadda qalan “Beşiktaş” yay transfer hazırlıqlarını davam etdirir.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubunun ilk hədəfi hücum xəttini gücləndirmək olacaq.

“Ağ-qaralar”ın siyahısına hələ də “Qarabağ”ın forvardı Juninyo başçılıq edir. Hazırda klublar arasında danışıq aparılır. Lakin Azərbaycan çempionunun tələbi ilə Türkiyə təmsilçisinin təklifi üst-üstə düşmür.

Juninyonun oyunlarını izləyən “Beşiktaş”ın baş məşqçisi Fernando Santos da keçidə müsbət yanaşır. Braziliyalının hücumun mərkəzi ilə yanaşı, cinahlarında da oynamaq bacarığı portuqaliyalı mütəxəssisin diqqətini çəkib. Santos 27 yaşlı oyunçunu ehtiyac yaranacağı təqdirdə vinger mövqeyində də oynada biləcəyini istisna etməyib.

Qeyd edək ki, Juninyonun “Qarabağ”la müqavilə müddəti 2026-cı ilin yayına qədərdir. Hazırda onun transfer dəyəri 8 milyon avroya bərabər göstərilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right