“Real” Mbappeyə görə narahat deyil

“Real” PSJ-nin hücumçusu Kilian Mbappenin Madrid klubuna transferindən sonra komandadakı ab-havanın dəyişəcəyindən narahat deyil.

Newsport.az “Relovo”-ya istinadən xəbər verir ki, fransalı futbolçu Madrid klubunda böyük maraq görür. Mbappe şəxsən klub prezidenti Florentin Peresin əsas transfer hədəfi olub və belə də qalır.

Daha əvvəl Mbappenin yay transfer pəncərəsində PSJ-dən ayrılıb karyerasını “Real”da davam etdirə biləcəyi barədə məlumat yayılıb. Hücumçu bu xəbəri özünün rəsmi şəkildə AÇ-2024-ə qədər açıqlayacağını bildirib.

25 yaşlı futbolçu 2018-ci ildən PSJ-də çıxış edir. Onun klubla müqaviləsi 2024-cü ilin yayında başa çatır. Mbappe bu mövsüm bütün turnirlərdə 37 matçda iştirak edib, 38 qol vurub və 8 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right