“Bayern” Alonso ilə anlaşmasa, “sükan”ı ona tapşıracaq

“Brayton”un baş məşqçisi Roberto De Zerbi “Bayern”in “sükanı arxasına” keçmək üçün əsas favoritlərdən biridir. Münhen klubu Xabi Alonso (“Bayer”) ilə razılığa gələ bilməsə, italiyalı mütəxəssisin namizədliyini gözdən keçirəcək.

Newsport.az xəbər verir ki, De Zerbi “Bayern”in onunla maraqlandığı barədə məlumatlandırılsa da, hələ ki, gələcəyi ilə bağlı yekun qərar verməyib.

44 yaşlı De Zerbi 2022-ci ilin payızından “Brayton”a rəhbərlik edir. Onun komandası İngiltərə Premyer Liqasının cari mövsümündə 28 turdan sonra 42 xal toplayıb və turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

“Bayern”ə hazırda cari mövsümün sonunda Almaniya klubunu tərk edəcək Tomas Tuxel rəhbərlik edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right