“Napoli” ukraynalı üçün 55 milyon avro ödəməyə hazırdır

“Şaxtyor”un yarımmüdafiəçisi Georgi Sudakov yay transfer pəncərəsində komandanı tərk edə bilər.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, ukraynalı futbolçu ilə “Napoli” maraqlanır. Neapollular Sudakovun transferi üçün 55 milyon avro təklif etməyə hazırdırlar.

21 yaşlı yarımmüdafiəçi 2017-ci ildən “Şaxtyor”da çıxış edir. Onun klubla müqaviləsi 2028-ci ilin sonuna qədər qüvvədədir. Sudakov cari mövsümdə bütün yarışlarda 24 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right