"Real" hakimdən şikayət etdi

"Real" La Liqanın 29-cu turunda "Osasuna"ya qarşı matçın (4:2) baş hakimi Xuan Martinezdən Munueradan İspaniya Futbol Federasiyasına şikayət edib.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi rəsmi açıqlama yayaraq, Munueranın hərəkətlərinə yenidən baxılmasını istədiklərini bildirib. "Real"ın fikrincə, baş hakim "kral klubu"nun hücumçusu Vinisiusun ünvanına rəqib komandanın azarkeşləri tərəfindən söylənən təhqirlərin qəsdən fərqinə varmayıb.

“Real” həmçinin İdmanda Zorakılıq, İrqçilik, Ksenofobiya və Dözümsüzlüklə Mübarizə üzrə Dövlət Komissiyasına da şikayət edib.

Qeyd edək ki, matç zamanı "Osasuna" azarkeşləri dubl edən Vinisiusa “Vinisius, öl!" deyə qışqırıblar, onu təhqir ediblər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right