Şəklinə tüpürdülər, formasını yandırdılar

"Atletiko" azarkeşləri klubun icarə əsasında "Barselona"da çıxış edən Joao Feliksin Madridə gəlişini mənfi qarşılayıblar.

Newsport.az xəbər verir ki, La Liqanın 29-cu turunda "Atletiko" "Barselona" ilə qarşılaşıb. Feliks isə Kataloniya təmsilçisinin heyətində matç üçün Madridə gəlib. Bu, "Atletiko" azarkeşlərinin qəzəbinə səbəb olub. 

"Barselona"nın “Atletiko”n məğlub etdiyi (3:0) “Vanda Metropolitano” stadionunda meydan sahiblərinin azarkeşləri Joaonun şəkli olan lövhəyə tüpürüblər. Həmçinin onlar Feliksin “Atletiko”da geyindiyi formanı da yandırıblar.

Xatırladaq ki, bu mövsüm portuqaliyalı hücumçu "Barselona"nın heyətində bütün turnirlərdə 34 oyun keçirib, 9 qol vurub və 5 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right