"Bayer" seriyanı davam etdirdi, yeni rekorda imza atdı

"Bayer" Almaniya Bundesliqasının 26-cı turunda səfərdə "Frayburq"a qalib gəlib - 3:2.

Newsport.az xəbər verir ki, nəticədə Leverkuzen təmsilçisi məğlubiyyətsiz oyunlar seriyasını 38-ə (bütün turnirlərdə) çatdırıb.

Həmçinin komanda cari mövsümdə ölkə çempionatında 22-ci qələbəsini qazanıb. Bu, klub rekordudur. İndiyədək "Bayer" Bundesliqanın bir mövsümündə heç vaxt 22 qalibiyyət əldə etməyib. Komanda ən yaxşı halda 21 qələbə qazanıb. 

Qeyd edək ki, "Bayer Leverkuzen" cari avrokubok mövsümündə həm qrup mərhələsində, həm də 1/8 finalda Azərbaycan təmsilçisi "Qarabağ"ın rəqibi olub.

"Frayburq" - "Bayer" - 2:3

Qollar: R.Doan, 10, Y.Ketel, 79 - F.Virts, 2, A.Hlojek, 40, P.Şik, 53





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right