Renat Dadaşovun qol vurduğu oyunda "Hatayspor" uduzdu

Türkiyə Super Liqasında 10-cu tura start verilib.

Newsport.az-ın məlumatına görə, Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" öz meydanında "Kayserispor"u qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Renat Dadaşov da bu görüşün iştirakçısı olub. Millimizin üzvü matça start heyətində başlayıb və 90 dəqiqə meydanda olub. 24 yaşlı forvard komandasının yeganə qolunun müəllifi olub. O, 86-cı dəqiqədə isə sarı vərəqə ilə cəzalandırılıb.

10 turdan sonra aktivində 14 xal olan "Hatayspor" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

"Hatayspor" - "Kayserispor" 1:2

Qollar: Renat Dadaşov, 68 - Burak Bekaroğlu, 33 (avtoqol), Aylton Boa Morte, 47





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right