UCİ-a yeni prezident seçilib

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) yeni prezidenti seçilib.

Newsport.az-ın məlumatına görə, qurumun Norveçin Bergen şəhərində baş tutan 186-cı Konqresində fransalı David Lappartien 37 səslə qalib olub. 2013-cü ildən İttifaqa rəhbərlik edən digər namizəd, britaniyalı Brayan Kuksona isə 8 nəfər səs verib.

David Lappartien 2013-cü ildən Avropa Velosipedçilər İttifaqının (UEC) prezidenti postunu tutur. Qeyd edək ki, Konqresdə Azərbaycanı Velosiped İdmanı Federasiyasının I vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin (UEC) Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərovla baş katib Fərhad Əliyev təmsil edib.

Fərhad Əliyev UEC-yə üzv olan 50 milli federasiya içərisindən seçilmiş səs hüququna malik 15 səlahiyyətli nümayəndədən biri kimi UCİ prezidenti seçkisində iştirak edib. Prezident seçkiləri başa çatdıqdan sonra UCI-ın Rəhbər Komitəsinin yeni üzvləri də seçilib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz