"Tour d'Azerbaidjan-2016": 4-cü mərhələsi başa çatdı YENİLƏNİB

Bu gün Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaijan-2016” veloyürüşünün 4-cü mərhələsi başa çatıb.

Newsport.az saytının məlumatına görə,iştirakçılar bu mərhələdə Qəbələ-Pirqulu marşrutu üzrə 115,3 km məsafə qət edib. Birinci yeri "Nasr-Dubai" klubunun üzvü Luka Vakermann tutub. 2-ci yerə Nikita Stlanov (Astana), 3-cü yerə isə Rinaldo Nosentini (Sportinq) çıxıb.

4 mərhələdən sonra ümumi təsnifatın lideri üçün nəzərdə tutulan mavi rəngli "Synergy Group" köynəyini Marcus Eybegera ( "Felbemayr", Avstriya) ələ keçirib.Luka Vakermann (Dubai Nəsr)  "yaşıl köynəy" ən yaxşı sprinterə, "qırmızı köynək" (dağ mərhələsinin qalibi) Nikita Stalnova ("Astana şəhər", Qazaxıstan ),yiyələnib. Rusiyanın pro-kontinental "Gazprom-Rusvelo" komandasının velosipedçisi İldar Arslanov isə ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli "Ataholding" köynəyini özündə saxlayıb.

Qeyd edək ki, yarışda ötən il analoji yarışın qalibi olan, ölkəmizi beynəlxalq veloyürüşlərdə uğurla təmsil edən “Synergy Baku”yla yanaşı, Pro Kontinental komandalardan “Rusvelo” (Rusiya), “Drapac” (Avstriya), “Bora-Arqon 18” (Almaniya), “Novo Nordisk” (ABŞ), “Roth”, “Southeast” (hər ikisi İtaliya), Kontinental komandalardan “Alpha Baltic” (Latviya), “Astana City” 1(Qazaxıstan), “Bridgestone Anchor” (Yaponiya), “Cycling Academy Team” (İsrail), “Massi” (Küveyt), “Dukla Banska” (Slovakiya), “Nasr-Dubai” (BƏƏ), “Felbermayr” (Avstriya), “İlluminate” (ABŞ), “Sauerland” (Almaniya), “Tavira” (Portuqaliya), “Terrengganu” (Malayziya), “Unieuro” (İtaliya) və Estoniya yığması mübarizə aparır.  

Mərdan Həsənov  

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right