"Tour d'Azerbaidjan-2016": 3-cü mərhələnin qalibi "Synergy Baku" oldu YENİLƏNİB

Bu gün Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaijan-2016” veloyürüşünün 3-cü mərhələsi başa çatıb.

Newsport.az saytının məlumatına görə,iştirakçılar 3-cü mərhələdə Qəbələ-Şəki-Qəbələ marşrutu ilə 177,2 km məsafə qət ediblər.Bu mərhələdə "Synergy Baku"nun üzvü Matey Mügerli finişə birinci çatıb.  

Liderin "mavi köynəy"ni və ən yaxşı sprinterə verilən "yaşıl köynəy"i "Cycling Academy" komandasından Gilyom Boven ələ keçirib. Dağ mərhələsinin qalibi olduğunu üçün "Unieuro"dan Mauro Finetto "qırmızı köynək"lə təltif edilib. Ən yaxşı gənc sprinter nominasiyasında qələbə qazanan "Qazprom-Rusvelo" komandasının üzvü İldar Arslanov isə "bənövşəyi köynəy"ə layiq görülüb.

Qeyd edək ki, yarışda ötən il analoji yarışın qalibi olan, ölkəmizi beynəlxalq veloyürüşlərdə uğurla təmsil edən “Synergy Baku”yla yanaşı, Pro Kontinental komandalardan “Rusvelo” (Rusiya), “Drapac” (Avstriya), “Bora-Arqon 18” (Almaniya), “Novo Nordisk” (ABŞ), “Roth”, “Southeast” (hər ikisi İtaliya), Kontinental komandalardan “Alpha Baltic” (Latviya), “Astana City” 1(Qazaxıstan), “Bridgestone Anchor” (Yaponiya), “Cycling Academy Team” (İsrail), “Massi” (Küveyt), “Dukla Banska” (Slovakiya), “Nasr-Dubai” (BƏƏ), “Felbermayr” (Avstriya), “İlluminate” (ABŞ), “Sauerland” (Almaniya), “Tavira” (Portuqaliya), “Terrengganu” (Malayziya), “Unieuro” (İtaliya) və Estoniya yığması mübarizə aparır.  

Mərdan Həsənov  

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right