“Tour d’Azerbaijan-2016” ilk mərhələsinin qalibi: "“Yarış yüksək səviyyədə təşkil olunub"

“Tour d’Azerbaijan-2016” veloyürüşünün ilk mərhələsinin qalibi olan Fil Bauhavs yarış başa çatdıqdan sonra mətbuat konfransında iştirak edib.

Newsport.az saytının məlumatına görə, alman velosipedçi bunları deyib:

“Yarış yüksək səviyyədə təşkil olunub. Hansısa gözlənilməz problemlə üzləşmədik. Bu peşəkar status qazandıqdan sonra ilk qələbəmdi. Ümid edirəm ki, növbəti mərhələlərdə də yaxşı çıxış edəcəyik. Sabahki mərhələ dağlıq ərazidədi. Fikrimcə, bizim əsas üstünlüyümüz şəhər mərhələsində olacaq. İlk dəfədi ki, Azərbaycandakı veloyürüşdə iştirak edirəm. Təəssüratım çox yaxşıdı. Tamaşaçılar çox idi. Yarışdan məmnun qaldım. İsti havanı sevirəm. Bu üzdən Azərbaycanın iqliminin mənə problem yaradacağını düşünmürəm. Belçikadakı yarışda həm yağışlı, həm də isti hava şəraitində yarışdıq. Hər hansı çətinlik olmadı. Burda da buna görə çətinlik çəkməyəcəm.

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right