Teymur Rəcəbov uduzdu

İspaniyanın paytaxtı Madriddə təşkil olunan şahmat üzrə İddiaçılar Turnirində 7-ci tur matçları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan şahmatçısı Teymur Rəcəbov qara fiqurlarla ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşıb. Görüş 56-cı gedişdə Karuananın qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Teymur Rəcəbov əvvəlki oyunlarında Alireza Firuzca (Fransa), Yan Nepomnyaşi (Rusiya), Yan-Kşiştof Duda (Polşa), Dinq Liren (Çin) və Rixard Rapport (Macarıstan) ilə heç-heçə edib, Hikaru Nakamuraya (ABŞ) isə uduzub. İlk dövrədən sonra 35 yaşlı qrossmeyster 5 heç-heçə ilə 2,5 xal yığıb.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right