Rafiq Hüseynov final görüşünə çıxır, 4 güləşçimiz üçün bürünc medal şansı

Bu gün Azərbaycanın 5 Yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında medal görüşünə çıxacaqlar.

Newsport.az-ın məlumatına görə, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, dünya və ikiqat Avropa çempionu Rafiq Hüseynov (82 kq) final görüşünə çıxacaq. Gələn ay 34 yaşını qeyd edəcək idmançının həlledici görüşdə rəqibi Gela Bolkvadze (Gürcüstan) olacaq.

Murad Məmmədov (60 kq) bürünc medal uğrunda Razvan Arnaut (Rumıniya) - Helari Maeqisalu (Estoniya) görüşünün qalibi ilə qarşılacaq.

Həsrət Cəfərov (67 kq) serbiyalı Sebastyan Nadla bürünc medal üçün güləşəcək. 

Ülvi Qənizadənin (72 kq) bürünc medal uğrunda rəqibi Leos Drmola (Slovakiya) - Kristupas Sleyva (Litva) qarşılaşmasının qalibi olacaq.

Murat Lokyayev (97 kq)  təsəlliverici görüşdə yunanıstanlı Laokratis Kesidislə qarşılaşacaq.

Qeyd edək ki, təsəlliverici və medal qarşılaşmaları Bakı vaxtı ilə saat 18:45-dən etibarən başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right