Qış Paralimpiya Oyunları başa çatdı

Çinin paytaxtı Pekində keçirilən Pekin-2022 Qış Paralimpiya Oyunları başa çatıb.

Newsport.az-ın məlumatına görə, martın 4-də başlayan sayca 13-cü Qış Paralimpiya Oyunlarında 46 ölkədən təxminən 564 paralimpiyaçı iştirak edib. Azərbaycan ilk dəfə Qış Paralimpiya Oyunlarında təmsil olunub.

Paralimpiyaçılar 6 növdə 78 dəst medal uğrunda mübarizə aparıblar. Ev sahibi Çin 18 qızıl, 20 gümüş və 23 bürünc medalla birinci, Ukrayna 11 qızıl, 10 gümüş və 8 bürünc medalla ikinci, Kanada 8 qızıl, 6 gümüş və 11 bürünc medalla üçüncü olub.

​Oyunlarda ümumilikdə 19 ölkənin paralimpiyaçıları medal qazanıblar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right