Böyük Dəbilqə: Azərbaycan cüdoçusu finala yüksəlib

Azərbaycan cüdoçusu Hidayət Heydərov İsrailin Təl-Əviv şəhərində keçirilən Böyük Dəbilqədə finala yüksəlib.

Newsport.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 final mərhələsində Oron Ginerə (İsrail) qalib gəlib.

25 yaşlı idmançı 1/4 finalda İqor Vandtkeni (Almaniya), yarımfinalda isə Tohar Butbulu cərimə xalları hesabına məğlubiyyətə uğradıb.

Heydərov finalda Obidkhon Nomonovla (Özbəkistan) üz-üzə gələcək.

Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə Azərbaycan təmsilçilərindən 66 kq-da Yaşar Nəcəfov gümüş medal qazanıb. 60 kq-da Kəramət Hüseynov 5-ci, Balabəy Ağayev 7-ci yeri tutub. Yarışda Azərbaycanı ümumilikdə 9 cüdoçu təmsil edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right