Azərbaycan cüdoçuları Açıq Avropa turnirində qızıl və gümüş medal qazanıb

Azərbaycan cüdoçusu Ruslan Paşayev Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Açıq Avropa turnirində bürünc medal görüşünə çıxıb. 

Newsport.az-ın məlumatına görə, 66 kq çəki dərəcəsində rəqib fransalı Robin Korrado olub. Qarşılaşmanın taleyi qızıl xal bölümündə həll olunub. Paşayev ipponla uduzaraq, 5-ci yeri tutub. 

Beləliklə, Azərbaycan yığması ilk yarış gününü 2 medalla başa vurub. 60 kq çəkidə Turan Bayramov qızıl, Samir Piriyev gümüş medal qazanıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right