Federasiya prezidenti: "Olimpiadada üzgüçülük növündə medal qazanmaq istəyirik"

"Biz ilk dönəmdə çalışdıq və əlimizdən gələni etdik. Özümüzə qiymət verə bilmərik. Əlbəttə, problem var. Çalışırıq ki, onları minimuma endirək".

Newsport.az məlumatına görə, bu fikirləri Azərbaycan Üzgüçülük Federasiyasına yenidən prezident seçilmiş Xanlar Fətiyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, federasiyanın əsas hədəfi kütləviliyi təbliğ etməkdir: "Çalışırıq ki, beynəlxalq yarışlarda iştirak edək və nəticələr qazanaq. Pis-yaxşı çıxış etmişik. Əvvəl əcnəbi idmançılar idi. İndi isə yerli üzgüçülərimiz var. Olimpiadada medal qazanmaq istəyirik. Biz heç vaxt yarışlara "Əsas iştirakdır" prinsipi ilə qatılmamışıq. Təəssüf ki, nəticə verə bilməmişik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right