"Çempion olmaq istəyirəm, sonra rahat deyə bilərəm ki..."

"Əvvəllər Ukraynada görüşlərini izlədiyim güləşçilər var idi. İndi isə birbaşa təqlid edə biləcəyim idmançı yoxdur. Valideynlərim mənim üçün ən gözəl nümunədir".

Newsport.az-ın məlumatına görə, bunu Ukraynanı təmsil edən azərbaycanlı yunan-Roma güləşçisi Pərviz Nəsibov "Obşestvennoe Sport" nəşrinə açıqlamasında deyib.

Nəsibov Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb. O bildirib ki, əvvəllər güləş tərzini bəyəndiyi idmançılar olsa da, kumiri yoxdur.

23 yaşlı idmançı qarşıdakı hədəflərini də açıqlayıb: "Bəziləri aşağıdan yuxarıya doğru gedir: əvvəl Avropa Çempionatı, sonra dünya çempionatı, ardınca isə olimpiadada.

Məndə isə elə alındı ki, yuxarıdan aşağıya enirəm. 2024-ci ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarınadək Avropa və dünya çempionu olmaq istəyirəm.

Sonra rahat şəkildə deyə bilərəm ki, idmanda əldə oluna biləcək bütün uğurları qazanmışam".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right