Azərbaycan burada da Ermənistana qalib gəldi

Yeniyetmə və gənclərdən ibarət badminton üzrə Azərbaycan millisi Rusiyanın Kazan şəhərində keçirilən I MDB oyunlarında ilk görüşlərini keçirib.

Newsport.az-ın məlumatına görə, birinci oyunda Belarusu 4:1 hesabı ilə məğlub edən yığma ikinci turda eyni hesabla Özbəkistana qalib gəlib.

Komanda 3-cü turda Ermənistanı 5:0 hesabı ilə üstələyib.

Milli dairəvi sistem üzrə keçirilən komanda yarışında növbəti görüşlərinə sabah çıxacaq. İlk olaraq Rusiya ilə qarşılaşacaq yığma son turda Qazaxıstanla üz-üzə gələcək. Sabah həmçinin qaliblər müəyyənləşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right