Oyan Nəzəriani İtaliyadan bürünc medalla qayıdır

İtaliyanın paytaxtı Romada çimərlik güləşi üzrə Dünya Seriyasının 2-ci mərhələsi keçirilib.

Newsport.az-ın məlumatına görə, qrup mərhələsini uğurla keçən Oyan Nəzəriani (+90 kq) yarımfinalda İran güləşçisi Soheyl Qolipurqudarziyə minimal fərqlə uduzub. Daha sonra rumıniyalı Vasile Karasa 3:0 hesabıyla qalib gələn Oyan turnirin bürünc medalına sahib çıxıb.

Mahal Novruzov (70 kq) və İbrahim Yusubov (90 kq) medal qazana bilməsələr də, reytinq xalları yığıblar.

Bu yarışda beynəlxalq dərəcəli hakim Sədi Quliyevin ədaləti qoruduğunu da xatırladaq.

Dünya Seriyasının 3-cü mərhələsi Yunanıstanda (10-11 sentyabr), sonuncu – final mərhələsi isə Rumıniyada (25-26 sentyabr) keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right