Mehriban Əliyeva təbrik etdi: "Millimizə yeni nailiyyətlər arzulayıram!"

"Bizim növbəti qələbəmiz! Milli yığmamızın atleti Həmid Heydəri Azərbaycan üçün yeddinci qızıl medalı qazandı!

Nizə atma yarışlarında o, 51,42 metr nəticə göstərərək yeni dünya rekorduna imza atdı. İdmançımızı səmimi-qəlbdən təbrik edir və milli yığmamıza yeni nailiyyətlər arzulayıram!".

Newsport.az-ın məlumatına görə, bu fikirləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində yazıb.

Para-atletimiz Həmid Heydəri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb. İdmançımız nizə atma növü üzrə yarışda 1-ci yeri tutub.

51.42 metr nəticə göstərən Heydəri dünya rekordunu da yeniləyib.

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right