Dünya çempionatı: 4 güləşçimiz üçün bürünc medal şansı

Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir.

Newsport.az-ın məlumatına görə, ikinci yarış günündə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulub.

Əbülfəz Nəsirov ilk mərhələdə Qazaxıstandan olan rəqibini məğlub edib. 1/88 finalda Özbəkistan güləşçisiylə gərgin keçən mübarizədə sonuncu xal prinsipinə əsasən qalib gələn Nəsirov 1/4 finala yüksəlib. Anaq yarımfinalın bir addımlığında İran pəhləvanıyla bacarmayıb. Rəqib finaladək irəlilədiyi üçün Əbülfəz təsəlliverici görüşə çıxacaq.

Turan Bayramov 1/8 finalda almaniyalı güləşçini vaxtından əvvəl xalçadan məyus yola salıb. ABŞ təmsilçisiylə qarşılaşmada 5:1 öndə olsa da, yekunda rəqibinə uduzub. Amerikalı güləşçinin finala çıxması Bayramova təsəlliverici görüşdə iştirak hüququ verib.
Abdulcəlil Şabanov startda moldovalı rəqibi üzərində inamlı qələbə qazanıb. Ancaq 1/8 finalda rusiyalı güləşçi keçilməz olub.

Saqadulla Ağayev debütdə Qırğızıstan idmançısına qalib gəlib. Lakin növbəti mərhələdə Fransadan olan rəqibinə yenilib. Fransalı idmançının finala yüksəlməsi milli üzvünə bürünc medal qazanmaq şansı verib.
Aydın Əhmədov təsnifat mərhələsində bolqar həmkarını sonuncu xal prinsipinə görə üstələyib. Həmyerlimiz Gürcüstan pəhləvanına da gücünü göstərərək yarımfinala vəsiqə qazanıb. Finalın bir addımlığında son Avropa çempionuna uduzan Əhmədov bürünc medal uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, bu çəkilərdə təsəlliverici görüşlər və medallar uğrunda qarşılaşmalar avqustun 18-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right