“Ümid edirəm ki, qələbəm digər medalların başlanğıcı olar” Kindzerska

Azərbaycan cüdoçusu İrina Kindzerska Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə açıqlama verib. Newsport.az xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatını qazanan idmançı 3-cülük qarşılaşmasından sonra gözləntilərini və hisslərini açıqlayıb: 

“Hisslərimi sözlə ifadə edə bilmirəm. Artıq biləndəki Olimpiya oyunlarında medal qazandım çox möhtəşəm hislər keçirdim. 

Bu gün maksimum şəkildə hazır idim. Azərbaycanda qadın cüdosunun gücünü sübut etdim. Sadəcə çalışmaq, çalışmaq lazımdı. Düşünürəm ki, mənim bu qələbəm Azərbaycanda bu idmanla məşğul olanların gələcək karyerasında təkan olacaq.

Öz məşqçilərimə, Azərbaycan Cüdo federasiyasına, Sadıq Sadıqova minnətdarlığımı bildirirəm. Mənə inandıqları və dəstək olduqları və Azərbaycan komandasının iştirakçısı olmaq üçün imkan yaratdıqları üçün təşəkkür edirəm. Həmçinin, yoldaşıma, ailəmə də təşəkkür edirəm. Yaponiyalı ilə oyundan sonra təəssüf hissi keçirdim, Olimpiya çempionu olmaq istəyirdim. 

Fəxr edirəm ki, ölkəmizin ilk medalını qazandım və ümid edirəm ki, qələbəm digər medalların başlanğıcı olar. Digər yoldaşlar da medal qazanar”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right