Gülnar Məmmədova dünya çempionu ilə üz-üzə gələcək

Qadınlar arasında kiçik dünya çempionatı hesab olunan “FIDE Women Speedchess” onlayn şahmat superturnirində iyunun 20-də Azərbaycan şahmatçısı Gülnar Məmmədova mübarizəyə başlayır.

Newsport.az-ın məlumatına görə, dünyanın demək olar bütün güclü qadın şahmatçılarının iştirak etdikləri yarışın seçmə mərhələsini uğurla başa vuran Azərbaycanın son çempionu səkkizdəbir finalda dünya çempionu Hou Yifanla üz-üzə gələcək.

Qarşılaşmanın qalibi dörddəbir finalda hindistanlı Humpi Konerunu məğlub edən qazaxıstanlı Bibisara Assubayeva ilə mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right