Dünya və üçqat Avropa çempionumuz mübarizəyə başlayır

Rusiyanın paytaxtı Moskvada keçirilən Avropa çempionatında bu gün Azərbaycanın ilk ağırlıqqaldıranı körpücük üzərinə çıxacaq.

Newsport.az-ın məlumatına görə, Boyanka Kostova qadınlar arasında 59 kq çəki dərəcəsində yarışacaq. Dünya və üçqat Avropa çempionu ən yüksək yerlər uğrunda mübarizə aparanların olduğu A qrupunda çıxış edəcək. Yarış Bakı vaxtı ilə saat 17:53-də başlayacaq.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanın daha iki təmsilçisi aprelin 10-da qüvvələrini sınayacaq. Əliş Nəzərov 102 kq çəkidə B, Dadaş Dadaşbəyli isə A qrupunda çıxış edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right