Azərbaycan “Böyük dəbilqə”yə 12 cüdoçu ilə qatılır

Sabah Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə “Böyük dəbilqə” turnirinə start veriləcək. Newsport.az xəbər verir ki, yarışda 71 ölkədən 497 – 296 kişi və 201 xanım idmançının iştirakı gözlənilir.

Azərbaycan yığması Daşkəndə 12 cüdoçu ilə yollanıb. Kişilərin yarışında Oruc Vəlizadə, Kəramət Hüseynov (60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev, Hidayət Heydərov (81 kq), Məmmədəli Mehdiyev (90 kq),  Aslan Mirzəyev (100 kq), Uşangi Kokauri (+100 kq) mübarizə aparacaq. Qadınlarda isə Ayişə Qurbanlı və Leyla Əliyeva 48 kq çəkidə medallar uğrunda qüvvəsini sınayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right