Teymur Rəcəbovun növbəti rəqibi məlum oldu

Azərbaycan şahmatçısı Teymur Rəcəbovun Çempionlar Turunun "Opera Euro Rapid" adlanan mərhələsinin 3-cü yer uğrunda görüşündəki rəqibi məlum olub.

Newsport.az-ın məlumatına görə, 34 yaşlı qrossmeyster bu dəfə fransalı Maksim Vaşye-Laqravla üz-üzə gələcək.

Finalda isə norveçli dünya çempionu Maqnus Karlsenlə ABŞ təmsilçisi Uesli So qarşılaşacaq. Görüşlər 13-14 fevralda keçiriləcək.

Xatırladaq ki, Rəcəbov yarımfinalda Soya, Vaşye-Laqrav isə Karlsenə uduzub.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 100.000  dollardır. Qalib 30.000 dollar qazanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right