İran çempionu öz qızıl medalını erməni ailəsinə verdi

Kyokushin Karate üzrə İran çempionu, 2017-ci ildə Ermənistanın 12-ci açıq çempionatında qızıl medal qazanan Əhməd Bağeripur "hörmət və yaddaş əlaməti olaraq" qızıl medalını dostu, Ermənistan çempionu - müharibə zamanı həlak olan Artur Sukiasyanın ailəsinə göndərib.

Artur Sukisyan Azərbaycana qarşı silah qaldırıb və quldur dəstəsində döyüşüb.

Newsport.az-ın məlumatına görə, bu barədə Ermənistan mediası yazıb.

İranlı idmançı 13 yanvarda qızıl medalını İrandakı Ermənistan səfirliyinin üçüncü katibi Gor Şahverdyana təhvil verib. O da bu medalı Ermənistandakı Sukiasyanlara təhvil veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right