Teymur Rəcəbov bu dəfə də erməni rəqibini məğlub edib, çempion oldu

Onlayn blits şahmat üzrə “Airthings Masters” turnirinin final görüşləri keçirilib.

Newsport.az xəbər verir ki, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov finalda Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşıb. İlk görüşdə rəqibini 2,5:1,5 hesabı ilə məğlub edən həmyerlimiz bu gün ikinci oyunda da sərfəli nəticə qazanıb. Rəcəbov 3 görüşdən sonra (0,5:0,5, 1:0, 0,5:0,5) ən azı heç-heçəni təmin edib və 2 final matçının nəticəsinə əsasən çempionluğu əldə edib. 4-cü görüşün heç bir əhəmiyyəti qalmadığından keçirilməyib.

Teymur bu qələbə sayəsində 60 min dollar mükafata da sahib olub. 

Qeyd edək ki, 200 min dollar mükafat fondu olan turnirdə 12 şahmatçı mübarizəyə başlayıb. Dairəvi sistemlə keçirilən ilk mərhələdən sonra 8 iştirakçı nokaut sistemi ilə yarışı davam etdirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right