Cəbrayıl Həsənov karyerasını bitirib?

“Mətbuatda sərbəst güləş yığmamızın kapitanı Cəbrayıl Həsənovun idmançı karyerasını başa vurması ilə bağlı xəbər yayılıb. Nəzərinizə çatdıraq ki, 3 qat Avropa çempionu, dünya ikincisi və Rio Olimpiadasının bürünc medalçısı və yığma komandanın məşqçilər korpusu bununla bağlı qəti qərar verməyib”.
 
Newsport.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musayev məlumat verib. 
 
Federasiya rəsmisi bildirir ki, Cəbryıl hazırda komand ilə birlikdə məşq edir: “Hal-hazırda Cəbrayıl Həsənov yığma komandanın üzvüdür və yaxın gələcəkdə karyerasını güləşçi və ya məşqçi kimi davam etdirəcəyinə qərar veriləcək və bu qərar ictimaiyyətə açıqlanacaq”.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right