Millimizin üzvü əri ilə rinqə çıxdı

 

Azərbaycan kikboks üzrə millisinin qadın üzvü Nehir Rəcəbzadə 4 ayləq fasilədən sonra həyat yoldaşı Bəhram Rəcəbzadə ilə birlikdə məşqlərə başlayıb.

Newsport.az-ın məlumatına görə, N.Rəcəbzadənin həyat yoldaşı ilə birlikdə rinqdə məşqi sosial şəbəkə istifadəçiləri tərəfindən də maraqla qarşılanıb.

Hazırda Türkiyə də olan millimizin üzvləri, məşqlərini orada davam etdirirlər.

Avropa və dünya çempionu, k-1 üzrə beynəlxalq yarışların qalibi tanınmış kikboksçu Bəhram Rəcəbzadə kişilərdən ibarət millimizin üzvüdür. N.Rəcəbzadə isə qadınlardan ibarət milli komandamızın tərkibində çıxış edir.

Nehir azərbaycanlı ailəsinə gəlin köçmüş türkiyəli idmançıdır. O əslən cənubi Azərbaycandan olan "Altın Qurd" ləqəbli tanınmış kikboksçu, dünya çempionu Bəhram Rəcəbzadənin həyat yoldaşıdır. Hər ikisi beynəlxalq yarışlarda Azərbaycan bayrağını dalğalandırırlar.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right