Azərbaycanda baş redaktor və anası koronavirusa yoluxdu

Azərbaycanlı idman jurnalisti Anar Cəfərsoy koronavirusa yoluxub.

Newsport.az xəbər verir ki, o, bu barədə şəxsi feysbuk hesabında paylaşım edib.

A.Cəfərsoy bildirib ki, iki həftədir güclü öskürək və yüksək temperaturdan əziyyət çəkir:

"Allahın köməyilə koronavirusla mübarizə davam edir. Uca Rabbim ağır durumda olan anama şəfa versin. Özüm də koronavirusa yoluxmuşam. İki həftədir güclü öskürək, temperatur hücuma keçib. İlk testin cavabı neqativ, ikincisi isə pozitiv oldu. Hazırda müalicə olunuram. Allaha güvənirəm, qorxulu nəsə yoxdur. Canınızın qədrini bilin, özünüzü qoruyun, koronavirusla zarafat etməyin".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right