Tayfur Əliyev Olimpiya oyunlarına vəsiqə əldə etdi

Boks millimiz Tokio-2020 yay Olimpiya oyunlarına ilk lisenziyasını qazanıb.

 

Newsport.az xəbər verir ki, Tayfur Əliyev (57 kq) bu hüquqa yiyələnib. 23 yaşlı idmançı Londonda keçirilən Avropa olimpiya təsnifat turnirində 1/4 finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub.

 

O, 1/8 finalda Edqaras Skurdelisdən (Litva) üstün olub. Rəqibi ilk hissədə zədələndiyindən döyüşü davam etdirə bilməyib və Əliyev qalib elan olunub.

 

Yarış gecə seansından sonra dayandırılacağından 1/4 final qarşılaşması turnir bərpa olunduqdan sonra baş tutacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah