Həsən Əliyev və Rafiq Hüseynov finalda

Çinin Uxan şəhərində keçirilən Hərbçilərin Dünya Oyunları davam edir. Newsport.az xəbər verir ki, bu gün iki yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.

Həsən Əliyev (77 kq) 1/8 finalda erməni Varujan Qriqoryana gücünü göstərib - 5:0. Həmyerlimiz 1/4 finalda ukraynalı Dmitri Pişkova aman verməyib - 7:1. Pəhləvanımız yarımfinalda 2017-ci ildə dünya çempionu olmuş serb Viktor Nemeşə 3:2 hesabıyla qalib gələrək finala yüksəlib.

Həsən finalda iranlı Peyman Poştamla qarşılaşacaq.

Rafiq Hüseynov (87 kq) isə əvvəlcə ukraynalı Aleksandr Şişmanı 2:1 hesabıyla məğlub edib. Pəhləvanımız 1/4 finalda koreyalı Sanqyeok Parkı üstələyib - 5:1. Rafiq yarımfinalda 4 il əvvəl Bakıda keçirilmiş ilk Avropa Oyunlarının finalında uduzduğu Yevgeni Saleyevlə qarşılaşıb. Rusiyalı rəqibinə ilk hissədə “tuşe” ilə qalib gələn Hüseynov adını finala yazdırıb.


Güləşçimiz finalda macar Viktor Lorintslə qarşılaşacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right