Yığmamız AÇ-də 3-cü oldu

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında sərbəst güləş yarışına yekun vurulub.
 
Newsport.az xəbər verir ki, 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yığmamız ümumilikdə 145 xal toplayaraq komanda hesabında Rusiya (162) və Türkiyədən (156) sonra 3-cü yeri tutub.
 
Millimizə xalları 8 güləşçi qazandırıb. Komandamızın hesabına çempionlar - Hacı Əliyev, Cəbrayıl Həsənov və Şərif Şərifov hərəyə 25, gümüş medalçı Ağahüseyn Mustafayev 20, bürünc medalçılar - Mahir Əmiraslanovla Nurməhəmməd Hacıyev hərəyə 15, beşinci yerlə kifayətlənən Hacımurad Hacıyev və Murad Süleymanov isə hərəyə 10 xal yazdırıb.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right