Cəbrayıl Həsənov: "Ən çətin görüşüm gürcü ilə oldu"

"Sonuncu dəfə 2011-ci ildə Avropa çempionu olmuşdum. Həqiqətən də bu yarışda yenidən çempion olmağı çox arzulayırdım. Şükürlər olsun, Allah qismət elədi".

 

Newsport.az xəbər verir ki, bu sözləri Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatında 79 kq. çəkidə qızıl medal qazanan Cəbrayıl Həsənov deyib. 2010 və 2011-ci illərdə Avropa çempionu olan idmançımız 8 illik fasilədən sonra titul həsrətinə son qoyub. 6-cı dəfə turnirin finalına çıxmaqla kişi güləşçilərimiz arasında rekorda imza atan Cəbrayıl indi həm də üçqat Avropa çempionudur. Sərbəst güləş yığmamızın kapitanı qələbə təəssüratını Azərbaycan Güləş Federasiyasının rəsmi saytı ilə bölüşüb: 

 

"Yarışdan əvvəl əsas rəqiblərimin Gürcüstan və Rusiya güləşçilərinin olduğunu demişdim. İlk görüşdə çox enerji sərf etdim. Yorulmuşdum və hesabda geridə idim. Ancaq geri dönüş edə bildim. Ən çətin görüşüm də məhz gürcü ilə qarşılaşmam oldu".

 

Qeyd edək ki, Həsənovun finaldakı rəqibi rusiyalı Əhməd Qazıməhəmmədov zədə səbəbindən döşək üzərinə çıxmadığından, həmyerlimiz vaxtından əvvəl çempion olub.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah