FİDE prezidenti Şəmkirdə Foto

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç Şəmkir şəhərinə gəlib.

Newsport.az "ShamkirChess2019" superturnirinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ali şahmat qurumunun səfərinin məqsədi Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess" superturnirini izləməkdir. A.Dvorkoviç burada Şəmkir Rayon İcra Hakimiyyətinin başçısıAlimpaşa Məmmədov, FIDE və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədovla görüşüb.

FIDE rəhbəri yarışın V turu çərçivəsində keçirilən Maqnus Karlsen (Norveç) - Şəhriyar Məmmədyarov(Azərbaycan) görüşündə ilk gedişi edib.

 
Ardınca FİDE prezidenti Şəmkirdəki Heydər Əliyev Mərkəziylə tanış olub, xatirə kitabına ürək sözlərini yazıb.

Sonda Arkadiy Dvorkoviç mətbuat konfransında jurnalistlərin suallarına cavab verib. 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right