"Bizim münasibətimiz futbolla müqayisə etmək olmaz" Teymur Rəcəbov

"Bəzən şahmatçı oyuna yaxşı hazırlaşsa da, rəqibin bir gedişi onu heç-heçəyə razılaşmağa vadar edir". Newsport.az xəbər verir ki, bunu şahmatçımız Teymur Rəcəbov deyib.

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2019-da II tura start verilib. Hesabat turunda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov heç-heçə oynayıb. Partiyadan sonra Rəcəbov təəssüratlarını bölüşüb: “Bir-birimizi yaxşı tanıyırıq. Bəlkə məhz bu səbəbdən belə alınır. Partiyada üstünlük görünmürdü, ona görə risk etməyə ehtiyac yox idi".

Dünya çempionatlarında da tez-tez heç-heçələrin qeydə alındığını bildirən şahmatçı bunun normal hal olduğunu söyləyib: “Bütün oyunlarda ardıcıl heç-heçə qeydə alınsa, hansısa problemin olduğunu düşünmək mümkündü. Ancaq belə turnirlərdə heç-heçənin olmasında qeyri-adi heç nə yoxdu. Qolf və ya tennisdə də bərabərlik olur. Bütün idman növlərində heç-heçələr qeydə alınır. Amma şahmatda belə nəticə çox müzakirə edilir. Son zamanlar, ümumiyyətlə, heç-heçələrdən danışılır. Əlbəttə qələbə daha maraqlı olur. Bununla belə, şahmatçıları anlamaq lazımdı. Çox vaxt heç-heçələr qaçılmazdı".

Qrossmeyster digər ölkələrdən olan zəka sahibləri və millimizin üzvləri ilə qarşılaşan zaman eyni hisslər keçirmədiklərini bildirib: “Bizim Şəhriyarla yaxşı münasibətimiz var. Bir-birimizlə məsləhətləşib, müzakirələr edirik. Milli komandada oynayan zaman hamımız bir-birimizi nəzərə alıb mübarizə aparırıq. Udsaq da, uduzsaq da bir-birimizin yanında oluruq. Bu da ölkəmizə çoxlu uğurlar gətirməyimizə səbəb olur. Şahmat millimiz çox mehribandı. Hətta beynəlxalq turnirdə bir-birimiz üzərində qazanılan qələbəyə o qədər xüsusi sevinmirik. Şəhriyarla, ümumiyyətlə, illərlə qazanılan dostluq münasibəti var. Bu münasibəti futbolla müqayisə etmək olmaz. Məsələn, futbolda bir ulduz olur, hamı ona oynayır. Bizdə isə hamı bir hədəf uğrunda yarışır. Lazım gələndə debütlərimizi bölüşürük, bəzən məsləhət alırıq. Digər komandalarda belə vəziyyət görmək mümkün deyil”.

O, klublararası Avropa çempionatına getməyə həvəsinin olmadığını, bu yarışda iki dəfə qalib gəldikləini vurğulayıb: "SOCAR Azərbaycan" klubunun heyətində iki dəfə Avropa Çempionlar Kubokunda qələbə qazanmışam. Altı dəfə bu yarışda iştirak etmişəm, indi bu turnir mənə o qədər cəlbedici görünmür".





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah