“Qarabağ”ın oyunu dramatik bitdi: “Azərsu” son 10 saniyədə...

Qadın həndbolçuların ölkə çempionatında 14-cü görüşləri keçirilib.

Newsport.az-ın məlumtına görə, “ABU-arena”da ilk öncə “Azəryol” və “İdman akademiyası” üz-üzə gəliblər.

Gözlənildiyi kimi, bu matçda Georgi Voronovun komandası qalib gəlib (38:23). Turun mərkəzi oyunu “Qarabağ” və “Azərsu” arasında olub.

İlk hissədə tərəflər hərəyə 10 dəfə fərqləndilər. Növbəti yarıda daha fəallaşan ölkə çempionu mübarizənin gedişində 3 top fərqi ilə üstünlük qazandı.

Son dəqiqələrdə təzyiqi artıran “Qarabağ” görüşün bitməsinə 37 saniyə qalmış hesabı bərabərləşdirdi (24:24).

Bir nəfər azlıaqda olmasına rəğmən, hücum imkanına yiyələnən “Azərsu” sona 10 saniyə qalmış qələbə qolunu vura bildi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right