"Bu il 30 dəfə dopinq yoxlamasından keçmişəm" - Ramil Quliyev

“Hərbi xidmətlə idman bir az oxşardır. Hər ikisində əlavə nəsə edə bilmirsən. Çünki vaxt olmur. Ancaq əsgərlikdə olmaq çox gözəldir, mənim üçün sıxıcı olmadı”.

Newsport.az-ın məlumatına görə, bu sözləri Türkiyə mətbuatına açıqlamasında azərbaycanlı atlet Ramil Quliyev deyib. Peşəkar idmançıların dopinq məsələsində xüsusilə diqqətli olmasının vacibliyini vurğulayan dünya çempionu Ümumdünya Antidopinq Agentliyinin (WADA) bununla bağlı sərt cəzalar verdiyini bildirib. O deyib ki, olimpiya idmançıları istənilən vaxt dopinq testdən keçirilə bilərlər:

“2012 və 2013-cü illərdə dopinqdə ilişən idmançılardan sonra çox böyük dəyişiklik oldu. Hazırda qadağan olunmuş preparatdan istifadə edib, gizlətmək mümkün deyil. Bunu etsən, idman karyerana son qoyarsan. Bu səbəbdən çox diqqətli olmaq lazımdır. Sadəcə, dopinq dərmanlarından imtina etməklə iş bitmir. Hər zaman yeməyinə də qata bilərlər, bilmədən nəsə yeyə bilərsən. Bu il 20-30 dəfə dopinq yoxlamasından keçmişəm. Hər yarışda nümunə alıblar. Kənarda da bir neçə dəfə təlim-məşq mərkəzlərinə gəliblər. Hətta evə də gəlirlər. Əsgərlikdə olduğum müddətdə belə nəzarət davam etdi. 21 gündə iki dəfə hərbi xidmət yerinə gələrək, dopinq üçün nümunə götürdülər".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right