DÇ-2018: Abubakr Abakarov 7-ci oldu

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı start götürüb.

Newsport.az saytının məlumatına görəİlk yarış günündə 61, 74, 86 və 125 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə başlayıb. 
Pərviz İbrahimov təsnifat mərhələsində kanadalı rəqibinə qalib gəlib. Ancaq növbəti mərhələdə yapon güləşçi keçilməz olub.
Gənclərin son dünya çempionatında gümüş medal qazanan Abubakr Abakarov böyüklərin mundialında ilk görüşünü rahat qələbəylə başa vurub. Təmsilçimiz çətinlik çəkmədən israilli həmkarını üstələyib. Debütant monqolustanlı güləşçi üzərində əzmkar qələbəyə sevinib. Son saniyələrdə icra etdiyi fənd həlledici olub. Təəssüf ki, gənc güləşçimiz 1/4 finalda daha təcrübəli gürcüstanlı rəqibinə uduzub. Qonşu ölkənin təmsilçisi finala çıxdığından Abubakr təsəlliverici görüşdə iştirak etmək hüququ qazanıb. 
Abakarov oktyabrın 21-də təsəlliverici görüşdə Özbəkistan təmsilçisinə uduzaraq 7-ci yeri tutub. 
Murad Süleymanov ilk mərhələdə ötən il Avropa çempionu olan Rusiya təmsilçisinə uduzub. 
Cəmaləddin Məhəmmədov debütdə Rio Olimpiadasının bürünc medalçısıyla bacarmayıb.

61 kq
1/8 final - Pərviz İbrahimov - Kazuya Koyanaqi (JPN) 4:9
Təsnifat - Pərviz İbrahimov - Skott Şiller (CAN) 8:6

74 kq
Təsəlliverici görüş - Abubakr Abakarov - Bekzod Abdurrahmanov (UZB) 0:7
1/4 final - Abubakr Abakarov - Avtandil Kentçadze (GEO) 2:5
1/8 final - Abubakr Abakarov - Mandaxnaran Qanzoriq (MGL) 6:5
1/16 final - Abubakr Abakarov - Hanok Raşamin (İSR) 10:0

86 kq
Təsnifat - Murad Süleymanov - Dauren Kuriqliyev (RUS) 0:7

125 kq
Təsnifat - Cəmaləddin Məhəmmədov - İbrahim Saidov (BLR) 3:4





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right