“Qızlar olmasa, birincilik qazana bilərdik” - Hidayət

Bakıda keçirilən cüdo üzrə dünya çempionatı başa çatıb.

Newsport.az saytının məlumatına görə, Azərbaycan yığması kişilərin mübarizəsində 6-cı, qadınların yarışında 24-cü yerlə kifayətlənib. 

Yarışmanı bürünc medalla başa vuran idmançımız Hidayət Heydərov oyunlar haqda fikirlərini səsləndirib: “Çox istəyərdik ki, komanda yarışlarında qalib gələk. Komandamızın hamısında medal olacaqdı. Alınmadı. Prezidentlə görüşümüz oldu. Bu, bizim üçün əlavə motivasiya olacaq. Gələcək yarışlarda daha uğurlu olacağıq”.

Heydərov komanda yarışlarında qızlara görə uduzduqlarını bildirib: “Kişilər olsaydı, komanda yarışlarında bəlkə də qalib gələrdik. Qızlara görə uduzduq. Onlara görə 1:0,2:0 geridə başlayırdıq. Bütün yarışları uduzdular. Hətta onlar olmasaydı, birincilik də qazana bilərdik. Məşqçilərimiz bunun üzərində çalışırlar. Nisbətən vəziyyət yaxşıya doğru gedir”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right