Məmmədəli mübarizəni dayandırdı Yenilənib

Bakıda davam edən dünya çempionatında bu gün Azərbaycanın daha bir cüdoçusu tatami üzərinə çıxıb.

Newsport.az-ın məlumatına görə, kişilərin yarışında 90 kq çəkidə mübarizə aparan Məmmədəli Mehdiyev yarışa 1/32 final mərhələsindən başlayıb. 25 yaşlı idmançının ilk rəqibi belaruslu Viktor Klyavusev olub. Rəqibinə minimal hesabla qalib gələn cüdoçumuz 1/16 finalda macarıstanlı Kristian Totla qarşılaşıb. Bu görüşdə məğlub olan Məmmədəli dünya çempionatında mübarizəni dayandırıb.

Bu gün qadınların yarışında 70 kq çəkiyə malik cüdoçular da qüvvəsini sınayacaq. Azərbaycan millisi bu çəki dərəcəsində təmsil olunmur.

İlk görüşlər saat 10:00-da start götürüb. Saat 16:00-da isə medal qarşılaşmaları olacaq.

Qeyd edək ki, geridə qalan 4 yarış günündə Azərbaycan idmançılarından Aişə Qurbanlı (48 kq), Buyankişiq Purevsuren (52 kq), İçinxorlu Munxtsedev (57 kq), Orxan Səfərov, Kəramət Hüseynov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov və Hidayət Heydərov (73 kq) çıxışlarını başa vurublar. Onlardan yalnız Heydərov dünya çempionatının bürünc medalını qazanıb. Növbəti günlərdə İrina Kindzerska (+78 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq) və Uşangi Kokauri (+100 kq) mübarizəyə qoşulacaqlar.

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right