“Qəbələ”nin idmançısı Olimpiya Oyunlarına lisenziya qazandı

“Qəbələ” İdman Klubunun taekvondoçusu Cavad Ağayev Gənclərin Yay Olimpiya Oyunlarında iştirak edəcək. 

Newsport.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, təmsilçimiz Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunacaq yarışa lisenziya qazanıb. 

Taekvondoçumuz Rusiyada keçirilən G1 kateqoriyalı “Russian Open” turnirində qazandığı qələbədən sonra mötəbər yarışa vəsiqəni rəsmiləşdirib. 63 kq çəki dərəcəsində çıxış edən Ağayev Azərbaycan milli komandasını bu kateqoriyada təmsil edəcək.

Xatırladaq ki, Gənclərin Yay Olimpiya Oyunları bu il oktyabrın 6-18-də keçiriləcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah