Azərbaycanın 10 boksçusu Rusiyadakı turnirdə iştirak edəcək

Avqustun 18-də Rusiyanın Qroznı şəhərində start götürəcək kişi boksçular arasında beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Newsport.az-a verilən məlumata görə, Əhməd Hacı Kadırovun xatirəsinə həsr olunan sayca 10-cu yarışda ölkəni 10 idmançı təmsil edəcək.

Yığmanın heyətində Qoşqar Səfərli (52 kq), Sərxan Əliyev (60 kq), Fərid Ağamoğlanov, Elvin İsayev, Niyaməddin Allahverdiyev (hər üçü 64 kq), Nicat Məmmədov (69 kq), İsmayıl Hüseynov (75 kq), Tural Həsənov, Rahil Məmmədli (hər ikisi 91 kq) və Məhəmməd Abdullayev (+91 kq) yer alıb.

Milli səfərə bu gün yola düşəcək. Yarış avqustun 24-dək davam edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right