Azərbaycan taekvondoçusu ikiqat Avropa çempionu oldu

Rusiyanın Kazan şəhərindəki taekvondo üzrə Avropa çempionatında Azərbaycan millisi növbəti medalını qazanıb.

Newsport.az-ın məlumatına görə, 87 kq-dan yuxarı çəkidə çıxış edən Radik İsayev bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib olub. Bununla da 28 yaşlı idmançı karyerasında ikinci dəfə Avropa çempionu adını qazanıb. İsayev ilk dəfə 2014-cü ildə Bakıda keçirilmiş qitə çempionatında bu titula yiyələnib. Onun aktivində dünya və olimpiya çempionluğu da var.

Qeyd edək ki, Kazandakı Avropa çempionatında daha əvvəl Milad Beigi Harçeqani (80 kq) və Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right