Yığmamızın hücumçusu Rusiya klubuyla müqaviləni uzatdı

Çempionlar Liqasında növbəti dəfə titul qazanmaq şansını əldən verən Natalya Məmmədova mövsümü major notda bitirmək istəyir.

Bunun üçün heyətində yer aldığı Kazan “Dinamo”su Rusiya çempionatının finalında Moskva “Dinamo”suna qalib gəlməlidi.

Artıq final seriyasının təqvimi müəyyənləşib. Tərəflər arasında ilk oyun aprelin 16-da keçiriləcək. “Adaşlar” ertəsi gün ikinci dəfə üz-üzə gələcək. Son görüşün isə ayın 21-də baş tutması planlaşdırılır. 

Newsport.az-ın məlumatına görə, mövsümü yüksək səviyyədə keçirən yığma üzvü karyerasını Tatarıstan təmsilçisində davam etdirmək qərarına gəlib. 34 yaşlı hücumçu kazanlılarla müqaviləni 2018/19 mövsümünün sonuna kimi uzadıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right