DK-2018: görüşləri saat neçədə və necə izləmək mümkündür?

7-8 aprel 2018-ci il tarixdə ABŞ-ın Ayova şəhərində sərbəst güləş üzrə Dünya Kuboku yarışları keçiriləcək. 

Newsport.az saytının məlumatına görə, Yığma komandamız Kuba, Qazaxıstan və Monqolustan idmançıları ilə B yarımqrupunda mübarizə aparacaq. ABŞ, Hindistan, Gürcüstan və Yaponiya komandaları isə A yarımqrupunda yarışacaq. 

Yığmamız yerli vaxtla aprelin 7-də Kuba və Qazaxıstanla, aprelin 8-də isə Monqolustan ilə yarımqrup görüşlərində qarşılaşacaq. 

 

PROQRAM 
7 aprel, saat 20:00 / AZƏRBAYCAN - Kuba (B xalçası)
8 aprel, saat 02:30 / AZƏRBAYCAN - Qazaxıstan (B xalçası)
8 aprel, saat 19:00 / AZƏRBAYCAN - Monqolustan (B xalçası)

Qarşılaşmaların saatı Bakı vaxtı ilə göstərilib. 

Məlumat üçün bildirək ki, ötən il keçirilən analoji yarışı sərbəst güləşçilərimiz 3-cü yerdə başa vurub. Buna qədər isə sərbəst güləş yığmamız iki dəfə - 2004 və 2009-cu illərdə Dünya Kubokunun sahibi olub.

Yarış Dünya Güləş Birliyinin rəsmi saytından canlı yayımlanacaq. Görüşləri aşağıdakı linklərdən izləmək mümkündür. 

https://unitedworldwrestling.org/event/world-cup-7

A xalçası - https://livestream.com/unitedworldwrestling/events/8140861
B xalçası - https://livestream.com/unitedworldwrestling/events/8140874




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right