"Zəfər Kuboku" ikinci gün: 1 qızıl, 2 gümüş və 1 bürünc medal Yenilənib

29 mart - 2 aprel tarixlərində Türkiyənin Gebze şəhərində sərbəst, yunan-Roma və qadın güləşi üzrə yeniyetmələr arasında 21-ci Zəfər Kuboku beynəlxalq turniri keçirilir. 

Newsport.az-ın məlumatına görəİlk yarış gününün yekununda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yarışlarda güləşçilərimiz 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. 

İkinci yarış günündə güləşçilərimiz 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb. Yunan-Roma güləşçilərimizdən Qurban Qurbanov (45 kq), qadın güləşçilərdən Nigar Mirzəzadə (65 kq), sərbəst güləşçilərdən isə Fuad Mayılov (80 kq) bütün rəqiblərini üstələyərək finala yüksəlib. Nigar Mirzəzadə final görüşünü də qələbə ilə başa vuraraq turnirin qızıl medalını qazanıb. Qurban Qurbanov və Fuad Mayılov isə gümüş medalla kifayətlənib. Bürünc medalı isə yığmamıza yunan-Roma güləşçisi Laçın Vəliyev (92 kq) qazandırıb. 

Yunan-Roma güləşi 
FİNAL 
45 kq - Qurban Qurbanov - Edmond Nazaryan (BUL) 1:3
Bürünc medal görüşü 
92 kq - Antonio Giffridd (İTA) - Laçın Vəliyev 1:3

Qadın güləşi 
FİNAL 
65 kq - Nigar Mirzəzadə - Amina Roxana Capeza (ROU) 3:1

Sərbəst güləş
FİNAL 
80 kq - Fuad Mayılov - Axmedxan Tembotov (RUS) 1:3
Bürünc medal görüşü 
80 kq - Saqadulla Ağayev - Giorgi Nebubunişvili (GEO) 1:3





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right